Lavrov və Əraqçi arasında telefon danışığı: gərginlik müzakirə olundu
Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
Far.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında keçirilən müzakirələrin əsas mövzusu İran ətrafında yaranmış gərgin hərbi-siyasi vəziyyət olub.
Məlumata görə, Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımların Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum ritorikasından imtina etməli və prosesi diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.
Xatırladaq ki, Lavrov aprelin 1-də Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













