Sel səbəbindən şimal bölgəsində bəzi kənd məktəblərində dərslər təxirə salınıb
Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır.
Xaçmazda dərslər təxirə salınan məktəblərin sayı 10-dan çoxdur. Quba, Qusar, Şabran və Siyəzəndə də ümumilikdə 10-a yaxın bu cür məktəb var. Bəzi məktəblərin yerləşdiyi əraziləri su basıb, zirzəmilərə və sinif otaqlarına sel suları dolub. Bir çox təhsil ocağında isə dərslərin təxirə salınmasına səbəb şagirdlərin məktəblərə gedən yollarının sel suları səbəbindən keçilməz olmasıdır.
Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.
"Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir",-deyə açıqlamada qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Lənkəranda sel suları həyətyanı sahələrə dolub
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
-
İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb













