Xızının icra başçısı: Yağışlar nəticəsində məcralarından çıxan çaylar subasmaya səbəb olub
Far.Az xəbər saytı

Xızının icra başçısı: Yağışlar nəticəsində məcralarından çıxan çaylar subasmaya səbəb olub


Yağan yağışlar nəticəsində məcralarından çıxan çaylar bəzi ərazilərdə subasmaya səbəb olub.

"Report"un Sumqayıt bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov deyib.

Onun sözlərinə görə, rayonun su basmış ərazilərində müvafiq tədbirlər həyata keçirilir:

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da burada zəruri işlərin icrasına kömək göstərirlər. Biz də icra hakimiyyəti olaraq, yağıntılar nəticəsində yaranan problemlərin aradan qaldırılmasına çalışırıq. Əvvəlki yağıntılar zamanı FHN əməkdaşları ərazidə toplanmış suların çəkilməsini təmin etsələr də, son yağışlar bu yerlərdə yenidən subasmaya səbəb olub. Bəzi çayların məcralarından çıxması səbəbindən bir sıra yaşayış məntəqələrini su basıb. Müvafiq qurumlarla birlikdə lazımı tədbirlər görüləcək və vətəndaşlar əvvəlki vəziyyətdə yaşamağa davam edəcəklər".

Qeyd edək ki, aprelin 5-6-da ölkə ərazisində intensiv yağışlar yağıb.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər