Su çiçəyi yenidən yayılır - XƏBƏRDARLIQ
Son günlər böyüklər və uşaqlar arasında su çiçəyi xəstəliyi geniş yayılıb. Bəzi insanlarda xəstəlik yüngül keçsə də, lakin bəzilərində daha ağır formada davam edir.
Bəs su çiçəyi ilə bağlı hazırkı vəziyyət nə yerdədir?
Far.Az xəbər verir ki, mövzu ilə bağlı "pravda.az"a açıqlama verən pediatr Leyla Şükürovanın sözlərinə görə, su çiçəyi (varicella) dövri şəkildə artıb-azalan bir xəstəlikdir.
O bildirib ki, son illərdə xəstəliyin artımının müəyyən səbəbləri var:
"Səbəblərdən biri peyvəndlənmə səviyyəsinin fərqli olmasıdır. Bəzi regionlarda varicella vaksini geniş tətbiq olunmur. Xüsusilə payız-qış və yazda daha çox yayılır. Əvvəlki dövrlə müqayisədə bəzi yerlərdə yoluxma hələ də yüksəkdir, amma ağırlaşmalar əvvəlki qədər tez-tez deyil. Erkən diaqnoz və daha yaxşı gigiyena səbəbilə ikincili bakterial infeksiyaların qoşulması nisbətən azalıb. Amma yenə də 1 yaşdan kiçiklər, böyüklər, immuniteti zəif olanlar üçün risk qalır".
Pediatr, bir il öncə bu növ xəstəliklərin daha aqressiv formasının yayılma səbəblərindən bəhs edib:
"Buna səbəb qızılca və su çiçəyinin eyni vaxtda yayılması idi. İmmunitet zəifliyi, sıx yoluxma səbəbindən xəstəlik daha ağır keçirdi. Dəri səpkilərinə tez-tez bakteriya qoşulurdu, irinləmə, çapıqlaşma, uzun sağalma vəziyyətləri müşahidə edilirdi.
Su çiçəyinin ilkin əlamətləri yüngül hərarətlə (37,5-38,5) başlayır. Halsızlıq ola bilər. Daha sora qırmızı, kiçik qabarıq, içində maye olan suluq (vezikula) səpkilər yaranır. Səpkilər ilk olaraq sinədə, bel, sonra saç dibi nahiyələri, üz ətraflarında yaranaraq artır. 5-7 gün ərzində səpkilər arta bilər.
Əgər hərarət 39-dan yuxarı və uzun müddətli davam edərsə, səpkilərin içində irin olarsa, bakterial infeksiya qoşularsa təhlükəli hesab edilə bilər. Böyüklərdə daha ağır gedişli keçə bilər. Qaşınmalar üçün antihistamin dərman preparatlarından istifadə gərəklidir. İzlərin qalmaması üçün səpkilərin qaşınmaması vacibdir. Bu müddətdə istirahət, bol maye qəbulu gərəklidir".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ













