Kafe və parklardakı pulsuz Wi-Fi-lərə qoşulanlara XƏBƏRDARLIQ
İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər.
Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır.
Far.Az xəbər verir ki, Kibertəhlükəsizlik üzrə mütəxəssislərin fikrincə açıq Wi-Fi şəbəkələrində məlumatlar şifrələnmədiyi üçün üçüncü şəxslər istifadəçinin internet trafikinə asanlıqla müdaxilə edə bilər.
Bu zaman sosial şəbəkə hesabları, e-poçt ünvanları, hətta bank kartı məlumatları belə ələ keçirilə bilər.
Ən geniş yayılmış təhlükələrdən biri "saxta Wi-Fi" şəbəkələridir. Fırıldaqçılar məşhur məkanların adı ilə oxşar şəbəkələr yaradır və istifadəçiləri bu şəbəkələrə qoşulmağa cəlb edirlər. Qoşulduqdan sonra isə istifadəçinin cihazındakı məlumatlara çıxış əldə edə bilirlər.
Mütəxəssislər ictimai Wi-Fi istifadə edərkən aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
Şifrəsiz şəbəkələrdə bank əməliyyatları aparmamaq
Vacib hesablar üçün iki mərhələli təsdiqləməni aktiv etmək
Mümkün olduqda VPN xidmətindən istifadə etmək
"HTTPS" ilə qorunan saytları seçmək
Avtomatik qoşulma funksiyasını deaktiv etmək
Qeyd olunur ki, ən təhlükəsiz variant mobil internetdən istifadə etməkdir. Əgər ictimai Wi-Fi şəbəkəsindən istifadə zəruridirsə, şəxsi məlumatların qorunması üçün maksimum diqqətli olmaq tövsiyə olunur
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













