Tağıyev qəsəbəsində zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
Far.Az xəbər saytı

Tağıyev qəsəbəsində zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır


Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 5-nin müalicəsi davam etdirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Oxşar xəbərlər

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olunub, digərlərinin müalicəsi davam edir – YENİLƏNİB-2
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər