"Arsenal"ın sabiq yarımmüdafiəçisi Aaron Remzi futboldan gedib
Uels millisinin və İngiltərənin "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurub.
"Far.Az" xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu qərar asan qəbul edilmədi. Çox düşündükdən sonra futboldan təqaüdə çıxmaq qərarına gəldim. İlk olaraq Uels millisindən başlamaq istəyirəm. Bu formanı geyinmək və komanda ilə belə anlar yaşamaq mənim üçün böyük şərəf idi. İnkişafımda rolu olan bütün məşqçilərə və işçi heyətinə təşəkkür edirəm", – deyə o söyləyib.
Remzi çıxış etdiyi klublara da minnətdarlığını bildirib.
Qeyd edək ki, uelsli oyunçu karyerası ərzində İngiltərədə "Arsenal", "Kardiff Siti", "Nottinqem Forest", Fransada "Nitsa", Şotlandiyada "Reyncers" və İtaliyada "Yuventus" klublarının formasını geyinib. Onun son komandası Meksikanın "Pumas" kollektivi olub.
Remzi klub səviyyəsində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu, həmçinin İtaliya və Şotlandiya Kuboklarını qazanıb. O, Uels millisində 86 oyuna çıxıb və 21 qol vurub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
SOCAR-ın kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib













