"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı ilk oyununda uduzub
Far.Az xəbər saytı

"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı ilk oyununda uduzub


"Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verib.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə üz-üzə gəlib.

Laktasi şəhərində baş tutan qarşılaşma rəqibin 88:58 hesablı qələbəsi ilə bitib.

Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah "Porşe BBA Lyudviqsburq"a (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər