AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib
Far.Az xəbər saytı

AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib


AFFA-nın Lisenziya və Qeydiyyat Departamenti tərəfindən "RL-II L" lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn klublar üçün 2026/2027 mövsümünün lisenziyalaşdırma prosesi üzrə xüsusi dövr iclası keçirilib.

"Report" xəbər verir ki, AFFA Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli çıxış edərək klublara lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıblar.

İclas zamanı iştirakçı klublara lisenziyalaşdırma qaydaları, qeydiyyat prosesləri, tələb olunan sənədlər, eləcə də klublar tərəfindən atılacaq növbəti addımlar haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və praktiki izahlar təqdim olunub.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
AFFA rəsmisi: "2026/2027 mövsümündə lisenziya üçün müraciət edən klubların sayı 54-ə çatıb"
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər