Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir
Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir. Artıq bir müddətdir Azərbaycan höküməti bu tədbirə yüksək səviyyədə hazırlaşır.
Bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin maliyyəsidir və bu mövzuda Azərbaycandan çox böyük gözləntilər var:
"Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi diqqətəlayiqdir. Əminik ki, Azərbaycanın Sədrliyində keçirilən COP-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq".
Z.Laqumdzija qeyd edib ki, COP29-un mövzusu çox genişdir və fərqli təşəbbüslər zəngindir: "Səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların cəlb olunması, gender məsələləri və digər mövzular müzakirə edilir. Bu sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini analiz etmək vacibdir. COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri daha çox maraqlı tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri-hökumət təşkilatları, biznes ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq yüzdən çox ölkə lideri və dövlət nümayəndələrinin COP29-a qatılacağı məlumdur. Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa, nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirin altına alacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













