Ürəyində problemlə doğulan Arnold Şvartseneqqerin illərdir sağlamlığı ilə bağlı apardığı gizli mübarizəsi...
Ürəyi onu dəfələrlə sınağa çəkdi. Düz 4 dəfə ağır ürək əməliyyatı keçirdi. Lakin o, yenə də hər şeyə sanki sıfırdan başlayırmış kimi yenidən mübarizə aparmağı bacardı. Söhbət Hollivud ulduzu Arnold Şvartseneqqerdən gedir.
BAKU.WS xəbər verir ki, o bu gün dünyanın ən tanınmış simalarından biridir. Ancaq demək olar ki, çox az adam bu aktyorun illərdir səhhətindəki problemlərlə mübarizə apardığından xəbərdardır.
Dünya ulduzu 79 il əvvəl nadir rast gəlinən ürək problemi, ikiüzlü aorta qapağı ilə doğulub. Onun ürəyi bir çox insanlardakı kimi normal fəaliyyət göstərməyib.
Zaman keçdikcə bu problem daha da ciddiləşərək bəzi fəsadlara yol açıb. Bu səbəbdən aktyor, həyatı boyunca 4 böyük ürək əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Lakin ən təsiredici məqam odur ki, o, bütün həyatını bu qorxu ilə yaşayıb. Buna baxmayaraq yenə də ruhdan düşməyib. İdman zallarında məşq etməyə və kilometrlərlə uzunluöu olan yollarda velosiped sürməyə davam edib.
Arnold bu mübarizəni yalnız özü üçün aparmayıb.
O, evsiz insanlara yardım edən layihələrə dəstək olub, yoxsul məhəllələrdə yaşayan ailələrin uşaqlarının təhsili üçün hər il milyonlarla dollar vəsait ayırıb.
Qeyd edək ki, Şvartsenegger ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlara məruz qalıb.
Sonuncu dəfə isə 2024-cü ildə də əməliyyat olunub. "Men's Health"ə açıqlamasında ürəyindən əməliyyat olunduğunu deyib. Ürəyinə kardiostimulyator quraşdırılıb. Aktyor əməliyyatdan sonra robotlara daha yaxın olduğunu bildirib.
Qalereya
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













