Cəlilabad sakini bıçaqlanıb, əmisi oğlu şübhəli bilinir
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, Məhəmməd Hadi küçəsində rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən şəxs Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əmioğlu olduqları bildirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanma səbəbilə 1968-ci il təvəllüdlü şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sol budun ayrı-ayrı hissələrinin, sağ budun aşağı hissələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













