Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub
Azərbaycanlı tələbə Nərmin Kərimova Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan University of Oxford universitetinin "International Relations" üzrə MPhil proqramına qəbul olub.
BAKU.WS xəbər verir ki, Nərmin Kərimova hazırda Bakıda fəaliyyət göstərən ADA University-də "International Studies" ixtisası üzrə təhsil alır. O, yüksək akademik göstəricilərinə görə bir neçə dəfə rektor və dekan siyahısına daxil edilib.
Tələbə həmçinin Almaniyanın Humboldt University of Berlin-də mübadilə proqramı çərçivəsində təhsil alaraq beynəlxalq akademik təcrübə qazanıb.
Bundan əlavə, Nərmin Kərimova Böyük Britaniyanın aparıcı ali məktəblərindən olan London School of Economics və University College London universitetlərindən də qəbul alıb.
Məlumata görə, o, bütün müraciət və qəbul proseslərini heç bir konsultasiya şirkətinin dəstəyi olmadan, müstəqil şəkildə həyata keçirib.
Qeyd edək ki, Nərmin Kərimova peşəkar fəaliyyəti çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində könüllü və təcrübəçi kimi çalışıb, eləcə də ölkənin Almaniyadakı səfirliyində diplomatik təcrübə qazanıb. O, IELTS imtahanından 8.5 bal toplayıb.
Onun bu uğuru Azərbaycan gənclərinin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə növbəti nümunə kimi qiymətləndirilir.
Oxşar xəbərlər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
"Buckswood School Baku" fəaliyyətə başladı
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













