"Şəfa"nın kapitanı Tərlan Quliyev: "Çempionluq yolunda işin 70-80 faizini həll etmişik"
Far.Az xəbər saytı

"Şəfa"nın kapitanı Tərlan Quliyev: "Çempionluq yolunda işin 70-80 faizini həll etmişik"


Azərbaycan I Liqasında çıxış edən "Şəfa" komandası çempionluq yolunda işin 70-80 faizini həll edib.

Bunu "Report"a açıqlamasında komandanın kapitanı Tərlan Quliyev deyib.

"Artıq işin 70-80 faizini həll etmişik. Növbəti turda səfərdə "Baku Sportinq"lə üz-üzə gələcəyik. Həmin meydan olduqca bərbaddır. Buna baxmayaraq, orada da maksimum nəticə qazanmaq niyyətindəyik. Çempionluğu tez rəsmiləşdirmək istəyirik. Bunu nə qədər tez bacarsaq, bizim üçün yaxşı olacaq", - o vurğulayıb.

33 yaşlı müdafiəçi I Liqada "Ayın qolu" layihəsinin qalibi olması ilə bağlı da danışıb:

"Bu, mənim üçün sevindirici haldır. Vurduğum qola səs verən, dəstək olan, təbrik edən insanlara təşəkkür edirəm. Dünən oyundan əvvəl sevindim. Həmin qarşılaşmada "Səbail"i məğlub etməyimiz ikiqat sevinc oldu".

Xatırladaq ki, "Şəfa" hazırda I Liqada 48 xalla liderdir. İkinci sıradakı "Baku Sportinq"in 40 xalı var.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər