Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!"
Far.Az xəbər saytı

Bakı sakinlərinə qurulan "ölüm tələ"si - "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!"


Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsində özbaşınalıq pik həddə çatıb. Vəziyyət o qədər gərginləşib ki, vətəndaşların rahat hərəkətləri üçün piyada səkiləri onların əlindən alınıb.

Bu barədə Biləcəri sakinləri Far.Az-in "qaynar xətti"nə şikayətlərindən bildiriblər. Qeyd edilir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində, həmçinin bir çox ərazilərində piyada səkiləri mağaza sahibləri tərəfindən zəbt edilir.

Beləliklə də, vətəndaşların həyatı təhlükə altına atılır.

"Uşaq arabaları, əlil arabaları ilə hərəkət etmək mümkün deyil. İnsanlar təhlükəsiz hərəkət edə bilmirlər. Məcbur olub, maşın yoluna keçirlər. Bu səbəbdən də, bir neçə dəfə piyada vurulması ilə nəticələnən qəzalar baş verib. Dəfələrlə mağaza sahiblərinə desək də, deyirlər ki, "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin". Bu barədə heç bir ölçü götürülmür", - deyə sakinlər şikayətlərində bildiriblər.

Şikayəti əks etdirən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər