Radiotezliklər üzrə Dövlət Komissiyası bu il 36 müraciətə müsbət cavab verib
Bu ilin yanvar-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyasına 42 müraciət daxil olub.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 17-si radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 7-si simsiz giriş şəbəkələri, 5-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 9-u GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 4 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib.
Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” qanunun 26-cı maddəsinə uyğun olaraq imtina edən 6 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib, 14 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.
Ümumilikdə, Dövlət Komissiyasının iclasında 36 müraciət müsbət cavablandırılıb və müvafiq qərarlar verilib.
Həmçinin iclasda Ümumavropa Poçt və Telekommunikasiya Administrasiyalarının Konfransının Elektron Kommunikasiya Komitəsinin (20) 01 nömrəli qərarı (ECC Decision (20) 01) və beynəlxalq təcrübə nəzərə alınaraq “Radio Lokal Şəbəkələr (RLAN) daxil olmaqla, Simsiz Giriş Sistemlərinin (WAS) 5945-6425 MHs radiotezlik zolağından istifadə şərtləri” təsdiq edilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













