Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib
Avqustun 27-29-da Bakı şəhərində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 nömrəli Sərəncamına əsasən Bakı şəhəri və şimal bölgəsində alınıb quraşdırılmış və yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulan FM radioyayım stansiyalarının maneəsiz istismarı üçün Qazaxıstanla koordinasiya işləri müzakirə olunub.
Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə əlaqədar Bakı şəhərində quraşdırılmış və şimal bölgəsində quraşdırılacaq DAB+ standartlı rəqəmsal radioyayım stansiyalarının tezliklərinin koordinasiyası üzrə müzakirələr keçirilib. Qazaxıstan mütəxəssislərinin istəyi ilə Bakı şəhərində rəqəmsal radio yayımı üzrə aparılan işlər barədə təcrübə mübadiləsi aparılıb.
Görüş zamanı 700 MHs və 800 MHs tezlik zolaqlarında yeni nəsil mobil rabitə xidmətlərinin tətbiqi ilə bağlı müvafiq texniki razılaşmalar əldə olunub.
Koordinasiya görüşündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və “Teleradio” İB-nin mütəxəssisləri iştirak ediblər.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













