Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev ermənilərin Osmanlıya qarşı xainlik etməsi və böyük dövlətlərin gizli erməni planlarından danışıb.

Onun sözlərinə görə, Osmanlıya qarşı üsyan, Rusiyaya ümid bəsləmək erməni siyasətinin təhlükəli oyunu idi:

"Osmanlıda qurula bilməyən dövlət Cənubi Qafqazda yaradıldı. Böyük dövlətlərin ermənilərə vədləri ilə bölgədə kiçik xalqların faciəsi, unudulmayan humanitar fəlakət başlayıb, 10 mindən çox insan qətlə yetirilib, 50 min insan qaçqın düşüb. Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar dayandırılıb".

Tarixçi bildirib ki, o dövrdə Ermənistan hökuməti "Andranik bizə tabe deyil" bəhanəsi ilə məsuliyyətdən yayınırdı.

İ. Niftəliyev Ermənistan paytaxtının niyə Gümrü yox, İrəvanın olması, Ermənistan dövlətinin 28 may mifləri və 30 may reallığı, eləcə də Andranikin Ermənistan hökumətini tanımaması ilə bağlı məsələlərə aydınlıq gətirib.

Oxşar xəbərlər

Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
"Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı" - Qərbi Azərbaycan Xronikası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər