İran XİN: İslamabad danışıqlarında razılaşmanın əldə olunmaması gözlənilən idi
İsmayıl Bəqai ABŞ-la İslamabadda keçirilən danışıqların nəticəsiz qalmasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bu qədər mürəkkəb məsələlərin bir görüş çərçivəsində həll olunacağını gözləmək real deyildi.
XİN rəsmisi qeyd edib ki, müzakirələrə Hörmüz boğazı və regiondakı vəziyyət kimi çətin mövzular daxil edildiyindən, qısa müddətdə yekun razılığa gəlmək mümkün olmayıb.
Bəqai bildirib ki, tərəflər bəzi istiqamətlərdə ortaq məxrəcə gəlsələr də, bir neçə əsas məsələdə fikir ayrılıqları qalmaqda davam edib və bu da yekun sənədin imzalanmasına mane olub.
O əlavə edib ki, danışıqlar ümumilikdə 24–25 saat davam edib və bu, son bir il ərzində ən uzun müzakirə mərhələlərindən biri hesab olunur. Eyni zamanda, prosesin 40 gün davam edən gərgin qarşıdurmadan sonra, qarşılıqlı etimadsızlıq şəraitində baş tutduğu vurğulanıb.
XİN sözçüsü həmçinin deyib ki, diplomatik təmaslar bununla yekunlaşmır. İran tərəfi Pakistan və digər region ölkələri ilə məsləhətləşmələri davam etdirmək niyyətindədir.
Rəsmi Tehranın mövqeyinə görə, belə mürəkkəb məsələlərin mərhələli şəkildə müzakirəsi daha real yanaşmadır və gələcək danışıqlarda müəyyən irəliləyişlərin əldə olunacağına ümid edilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













