Azərbaycan Yüksək Liqası: "Turan" Tovuzda "Gəncə"ni sınağa çəkəcək
Far.Az xəbər saytı

Azərbaycan Yüksək Liqası: "Turan" Tovuzda "Gəncə"ni sınağa çəkəcək


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu bu gün keçiriləcək.

"Report"un Tovuza ezam olunan əməkdaşının məlumatına görə, "Turan" doğma azarkeşləri önündə "Gəncə" ilə üz-üzə gələcək.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 18:00-da start götürəcək.

İlk görüşdə "Turan" rəqibini 3:0 hesabı ilə üstələyib.

Cütün qalibi finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Məğlub tərəf üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılmalıdır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər