Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB
Azərbaycanda miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydalarında dəyişiklik olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qərar imzalayıb.
Belə ki, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, işçi onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi miqrasiya orqanına akt üzrə təhvil verilməlidir. Tərəflərdən biri miqrasiya orqanı olan əqdlərdə işçi digər tərəf ola bilməz.
Həmçinin işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. İşçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölmənin (şəxsin) rəyini öyrənməlidir.
Yeni qərara qədər işçi birbaşa rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib
-
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
-
Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ
-
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib













