Pakistan ABŞ və İranı barışdırmaq üçün diplomatik səylərini artırıb
Far.Az xəbər saytı

Pakistan ABŞ və İranı barışdırmaq üçün diplomatik səylərini artırıb


Pakistan Amerika Birləşmiş Ştatları və İranı yenidən müzakirələrə cəlb etmək üçün diplomatik fəaliyyətini gücləndirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "CBS News" telekanalı Pakistanın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Bildirilib ki, həftəsonu keçirilən görüşlərdə ciddi bir nəticə əldə olunmasa da, Pakistan rəhbərliyi tərəflər arasında təmasların davam edəcəyinə ümid bəsləyir.

Rəsmi nümayəndə əlavə edib ki, İslamabad Vaşinqton və Tehranla davamlı kommunikasiya quraraq onları tezliklə dialoqa qayıtmağa çağırır.

Başlıca hədəf mövcud atəşkəs müddəti başa çatmadan ortaq bir razılaşma əldə etməkdir. Danışıqların növbəti mərhələsinin qısa zamanda keçirilməsi üçün müvafiq işlər aparılır.

Media orqanları diplomatik addımların bilavasitə Pakistanın Baş naziri Şahbaz Şərifin təlimatı əsasında icra olunduğunu vurğulayıblar.

Qeyd edək ki, aprelin 11-də İslamabad şəhərində ABŞ və İran təmsilçiləri arasında müzakirələr baş tutub. Tərəflər əsasən iki mühüm mövzuda - nüvə proqramı və Hörmüz boğazı istiqamətlərində ortaq məxrəcə gələ bilməyiblər. Ertəsi gün ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun nüvə proqramı ətrafında Tehranla razılaşma əldə edə bilmədiyini, bu səbəbdən Amerika ordusunun İrana qarşı dəniz blokadası tətbiq etməyə başladığını bəyan edib.

İslamabaddakı görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens başçılıq edib.

Heyətin tərkibində prezidentin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner də yer alıb.

İran tərəfini isə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil ediblər.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər