Pirşağıda iri kanalizasiya layihəsi icra olunur
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyəti açıqlayıb.
BAKU.WS agentliyə istinadən xatırladır ki, Layihə ölkə Prezidentinin imzaladığı "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.
Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Qalereya
Oxşar xəbərlər
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakının yağış suyu problemi bu illərdə həll ediləcək - LAYİHƏLƏR İCRA OLUNUR
Bakıda yeni kanalizasiya kollektorları və sutəmizləyici qurğularının tikintisinə başlanıb
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













