IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2026-cı il üçün illik inflyasiyanı 6 % səviyyəsində, 2027-ci ildə isə 5,1 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
"Report" Fondun aprel ayı üçün "Dünya iqtisadiyyatının perspektivləri" adlı hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üzrə inflyasiya proqnozu 0,8 faiz bəndi, 2027-ci il üzrə isə 1,1 faiz bəndi artırılıb.
Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 2025-ci ildə 5,6 % təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 %-ə bərabər olacaq.
BMT bu il Azərbaycanda inflyasiyanı 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 2,3 %, Asiya İnkişaf Bankı isə 2026-cı ildə 5,7 % və 2027-ci ildə 4,9 % səviyyəsində gözləyir.
"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" isə 4,6 % səviyyəsində proqnozlaşdırır.
Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













