TƏBİB-ə yeni icraçı direktor təyinatı səhiyyədə islahatların yeni mərhələsinə keçiddir - RƏY
Ötən gün TƏBİB-ə yeni icraçı direktorun təyin olunması ölkədə səhiyyə sahəsində davam edən islahatların yeni mərhələyə keçidi kimi qiymətləndirilməlidir. Bu dəyişiklik yalnız kadr yenilənməsi deyil, həm də sistemin daha effektiv, şəffaf və vətəndaş yönümlü idarə olunmasına yönəlmiş addım kimi diqqət çəkir.
Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O xatırladıb ki, son illərdə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində mühüm dəyişikliklər baş verib:
"Lakin vətəndaş məmnunluğu, xidmət keyfiyyəti və əlçatanlıq baxımından hələ də həllini gözləyən məsələlər mövcuddur. Yeni rəhbərlik qarşısında duran əsas vəzifə bu problemləri aradan qaldırmaq və islahatları real nəticələrə çevirməkdir".
Onun fikrincə, ilk növbədə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi prioritet olmalıdır.
"Xəstəxanalarda diaqnostika və müalicə prosesləri daha operativ və dəqiq həyata keçirilməli, pasiyentlərin vaxt itkisi minimuma endirilməlidir. Bununla yanaşı, qeyri-rəsmi ödənişlərin qarşısının alınması və xidmətlərin tam şəffaf şəkildə təqdim olunması mühüm əhəmiyyət kəsb edir", - o deyib.
Deputat hesab edir ki, digər vacib istiqamət icbari tibbi sığortanın real işlək mexanizmə çevrilməsidir:
"Vətəndaşlar sığorta paketinə daxil olan xidmətlərdən maneəsiz istifadə edə bilməli, əlavə xərclərlə üzləşməməlidirlər. Bu, sistemə olan inamın formalaşmasında əsas rol oynayır".
V.İsgəndərov deyib ki, regionlar üzrə tibbi xidmətlərdə mövcud olan fərqlərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır:
"Paytaxt və bölgələr arasında xidmət keyfiyyəti baxımından balansın yaradılması sosial ədalət prinsipinin təmin edilməsi baxımından vacibdir.
Müasir dövrdə rəqəmsallaşma səhiyyə sisteminin ayrılmaz hissəsinə çevrilib. Elektron reseptlərin tətbiqi, vahid tibbi məlumat bazasının yaradılması və onlayn növbə sistemlərinin genişləndirilməsi həm idarəetməni asanlaşdıracaq, həm də vətəndaşlar üçün rahatlıq yaradacaq.
Kadr potensialının gücləndirilməsi də islahatların uğurunda həlledici rol oynayır. Tibb işçilərinin peşəkar inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və motivasiyasının artırılması xidmət keyfiyyətinə birbaşa təsir edir".
Deputat onu da əlavə edib ki, bütün bunlarla yanaşı, ilkin səhiyyə xidmətlərinin – xüsusilə, ailə həkimliyi institutunun inkişafı xəstəxanaların yüklənməsinin azaldılmasına və daha effektiv xidmət modelinin qurulmasına kömək edə bilər:
"Nəhayət, vətəndaşların fikirlərinin nəzərə alınması üçün effektiv qiymətləndirmə mexanizmlərinin yaradılması vacibdir. Şikayət və təkliflərin operativ şəkildə araşdırılması və real qərarlara təsir etməsi sistemin inkişafına töhfə verəcək.
Ümumilikdə, səhiyyə sahəsində aparılan islahatların uğuru yalnız struktur dəyişikliklərdən deyil, idarəetmənin effektivliyindən və tətbiq olunan qərarların real nəticələrindən asılı olacaq. Əgər bu proseslər düzgün istiqamətdə davam etdirilərsə, vətəndaşlar yaxın illərdə səhiyyə xidmətlərində hiss olunan müsbət dəyişikliklərin şahidi ola bilərlər.
Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsi bütün sahələrdə hərtərəfli inkişafımızın qarantiyasıdır, bu da özündə hər sahədə inkişaf və tərəqqiyə böyük stimul kimi dəyərləndirilməlidir".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?













