Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək
Bakı və Buxarest bu il Rumıniyada birgə hökumətlərarası komissiyanın iclasını keçirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlığın möhkəmliyini təsdiqləyib və bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
"Bu ilin sonlarında Rumıniyada keçiriləcək Rumıniya-Azərbaycan birgə hökumətlərarası komissiyasının iclasının hazırlıqlarına dəstəyimizi təsdiqlədik; xüsusi diqqət energetikaya ayrılacaq. Həmçinin bağlantı məsələlərinə və Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin əsas roluna toxunduq", - o yazıb.
Toiu həmçinin əlavə edib ki, tərəflər növbəti həftə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasının gündəliyinə daxil ediləcək Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək - YENİLƏNİB
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













