İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb
Far.Az xəbər saytı

İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb


İranla bağlı münaqişə fonunda bir neçə ölkənin Mərkəzi Bankları qızıl ehtiyatlarını artırmaqdan onları azaltmağa keçiblər.

"Report" xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Qeyd olunub ki, bu tendensiya artan likvidliyə ehtiyacla bağlıdır. Maliyyə tənzimləyiciləri artan enerji və müdafiə xərclərini ödəmək, eləcə də milli valyutaları dəstəkləmək üçün qızıl ehtiyatlarından istifadə edirlər.

"CNBC"nin qeyd etdiyi kimi, bu fonda qızılın qiymətləri enib: metalın spot qiyməti unsiyası üçün 4800 dollara düşüb ki, bu da yanvar ayının sonlarında pik həddini təxminən 10% aşağıdır.

Təqdim olunan məlumata görə, Türkiyənin qızıl ehtiyatları mart ayında 131 ton azalıb. Bu addım müharibənin başlanğıcından bəri dollara qarşı təxminən 1,7% zəifləmiş lirənin məzənnəsini sabitləşdirmək üçün hökumətin səyləri fonunda atılıb.

Eyni zamanda Qana və Polşa da qızıl satışına əl atan ölkələr arasındadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər