AzTV Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film hazırlayıb
AzTV "Tariximizlə qürur duyuruq" adlı yeni silsilə filmlər layihəsinə start verib. Layihənin ilk ekran işi "Sultan Həsən Bahadur" adlanıb.
Bu barədə BAKU.WS-ə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir. Eyni zamanda ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur.
"Tariximizlə qürur duyuruq" layihəsi Azərbaycan efir məkanında bir yeniliyə də imza atıb. Belə ki, "Sultan Həsən Bahadur" filmi bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir.
Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













