İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək
"İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının 24 may 2022-ci il tarixli səsverməsi və yekun qərarı ilə 4 il müddətinə seçilib. Beləliklə, hazırki baş direktorun səlahiyyət müddəti hələ başa çatmayıb".
Far.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
"Bundan əlavə qeyd olunmalıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasının keçirilməsi, baş direktorun seçilməsi ilə bağlı prosedur məsələlər "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq müvafiq vəzifəyə namizədlərin müəyyənləşdirilməsi üçün Audiovizual Şura tərəfindən sənəd qəbulu prosesinin aparılması və bu məqsədlə elan verilməsi nəzərdə tutulur. Elan Audiovizual Şuranın rəsmi veb-saytında və mediada dərc olunacaq", - məlumatda bildirilib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.
Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq
Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













