Livan ordusu atəşkəsdən sonra paytaxtda patrul xidmətinə başlayıb
Far.Az xəbər saytı

Livan ordusu atəşkəsdən sonra paytaxtda patrul xidmətinə başlayıb


Livan Silahlı Qüvvələrinin mexanikləşdirilmiş hissələri 10 günlük atəşkəs rejiminin qüvvəyə minməsinin qeyd edildiyi intensiv silahlı atəşfəşanlıqlardan sonra gecə saatlarında paytaxt küçələrində patrul xidmətinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.

"Bir sıra məhəllələrdə məsuliyyətsiz vətəndaşlar avtomat silahlardan və qumbaraatanlardan intensiv atəş açaraq çox sayda insanın həyatını təhlükəyə atıb və dövlət, eləcə də özəl əmlaka ziyan vurublar", - deyə paylaşımda bildirilib.

Hərbi komandanlıq ictimai asayişi pozanlara xəbərdarlıq edib və əhaliyə "qanuna riayət etmək və istənilən şəraitdə silahdan istifadədən imtina etmək" çağırışı ilə müraciət edib.

"Biz silah tətbiq edən şəxsləri axtarmaq, onları saxlamaq və səlahiyyətli məhkəmə instansiyalarına göndərmək niyyətindəyik", - məlumatda qeyd olunub.

"MTV" telekanalı qeyd edib ki, atışmanı Livanın radikal "Hizbullah" qruplaşmasının tərəfdarları törədiblər və paytaxtın cənubundakı ayrı-ayrı rayonlarda atəş səsləri indiyədək eşidilməkdə davam edir.

ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
MTV-nin musiqi kanalları 44 ildən sonra yayımını dayandıracaq
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər