Pit Heqset: NATO müttəfiqləri münaqişənin ən gərgin anında ABŞ-yə dəstək verməyib
ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, Vaşinqton Hörmüz boğazındakı böhranın həlli məsələsində tərəfdaş ölkələrin təşəbbüslərini görmək istəyir.
"Far.Az" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında Vaşinqtonda keçirilən brifinqdə bildirib.
"Biz (ABŞ, - red.) Hörmüz boğazından keçən enerji resurslarından asılı deyilik. Lakin Asiya və Avropa asılıdır. Və dünyanın qalan hissəsinin böyük bir qismi də asılıdır. Buna görə də onların kollektiv müdafiə təşkil etmək və ya boğazın "təmizlənməsini" (dəniz naviqasiyasının maneəsizliyini, - red.) təmin etmək bacarığı son dərəcə faydalı bir təşəbbüs olardı", - o deyib.
Heqset qeyd edib ki, münaqişənin ən çox gərginləşdiyi anda ABŞ Şimali Atlantika alyansı üzrə müttəfiqlərindən kömək almayıb.
"Biz münaqişə barədə söhbətlər eşidirik, lakin hərbi əməliyyatlar başlayanda (Yaxın Şərqdə, - red.) və bu ölkələrə ən çox ehtiyac duyulanda – onlar orada yox idilər. Onlar Hörmüz boğazında da yox idilər", - o deyib.
Nazir qeyd edib ki, Vaşinqton əsas işi gördükdən sonra müttəfiqlər ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulmaq qərarına gələrlərsə, Ştatlar buna da şad olacaq. "Biz buna ümid etmirik, amma əgər bu baş versəydi, çox yaxşı olardı", - o vurğulayıb.
"Amma bütün ağır işləri onların görməsi üçün daim ABŞ-yə güvənmək lazım gələn bir dünyada yaşamaq olmaz. Bu, dünyanın qalan hissəsinə və bizim müttəfiqlərimizə bir mesajdır", - o deyib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb













