Qlobal bazarlarda qeyri-müəyyənlik: investorlar ehtiyatlı davranır
Far.Az xəbər saytı

Qlobal bazarlarda qeyri-müəyyənlik: investorlar ehtiyatlı davranır


ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müsbət gözləntilərə baxmayaraq, qlobal bazarlarda ehtiyatlı mövqe üstünlük təşkil edir.

Far.Az xəbər verir ki, qlobal maliyyə bazarlarında Yaxın Şərqdəki proseslər əsas təsir amili olaraq qalır. ABŞ ilə İran arasında danışıqlardan müsbət nəticə çıxacağına dair ümidlər davam etsə də, investorlar daha aydın mənzərə gözlədiyi üçün aktivlik zəifləyib. Həftəsonu öncəsi mümkün xəbərlər də bazarlarda ehtiyatlı davranışı gücləndirir.

ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında müvəqqəti atəşkəs razılaşması əldə olunduğunu və İranla da razılaşmaya yaxın olduqlarını bildirib. Buna baxmayaraq, nüvə proqramı, Hörmüz boğazı və enerji qiymətləri ilə bağlı qeyri-müəyyənliklər qalır.

Analitiklər qeyd edir ki, gərginliyin azalması bazarlara qismən müsbət təsir etsə də, müharibənin iqtisadi nəticələrinin qısamüddətli və ya uzunmüddətli olacağı hələ də sual altındadır. Xüsusilə enerji bazarında risklər qalır və bu, inflyasiya gözləntilərinə təsir göstərir.

ABŞ iqtisadiyyatında isə inflyasiya və mümkün tənəzzül riski paralel şəkildə müzakirə olunur. Eyni zamanda, Federal Ehtiyat Sistemində rəhbərliklə bağlı dəyişiklik ehtimalları pul siyasətinə dair qeyri-müəyyənliyi artırır.

Son iqtisadi göstəricilərə görə, ABŞ-də işsizlik müavinətinə müraciətlər azalıb, sənaye istehsalı isə geriləyib. Fond bazarlarında əsas indekslər yüksəliş göstərsə də, ümumi mənzərə qarışıq olaraq qalır.

Avropada inflyasiyanın gözləniləndən yüksək olması və enerji qiymətlərində dalğalanma iqtisadi sabitliyə təsir edir. Asiya bazarlarında isə investorların ehtiyatlı davranışı səbəbindən eniş müşahidə olunub.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər