Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını deyib:
"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".
Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.
"Türkiyə və Azərbaycan arasında abu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb













