Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər
Far.Az xəbər saytı

Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər


Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, agentlik əməkdaşları Tovuz Rayon Mərkəzi Xəstəxanasına gələrək, uşaqların yenidən tibbi müayinədən keçirilməsini təşkil ediblər. Daha sonra azyaşlılar xəstəxanadan götürülərək Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.

Uşaqların anası Təranə Ələsgərovanın isə xəstəxanada müalicəsi davam etdirilir.

Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixi xəstə olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər