Azərbaycanda at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Far.Az xəbər saytı

Azərbaycanda at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək


Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 20-30 apreldə monitorinqlər keçiriləcək.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək.

Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Oxşar xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Xəstə heyvanların əti Bakıya gətirilir? - AQTA-dan istehlakçılara TÖVSİYƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər