"Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması" mövzusunda sessiya təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: inkişaf naminə tərəfdaşlıqların qurulması" mövzusunda sessiya təşkil olunub.
Bu barədə "Far.Az"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Sessiyanın "Qlobal maliyyə perspektivləri və regional təsirlər" adlı birinci hissəsində maliyyə naziri Sahil Babayev və Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə qlobal maliyyə mühiti və onun regional iqtisadi proseslərə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq kapitalın infrastruktur, sənaye və regional bağlantı layihələrinə yönəldilməsi, maliyyə institutları və özəl investorlar arasında tərəfdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub. Kredit reytinqləri, bazar məlumatları və maliyyə infrastrukturunun investisiya qərarlarına təsiri, eləcə də qlobal maliyyə bazarlarında baş verən dəyişikliklər müzakirə olunub.
Sessiyanın ikinci hissəsində Azərbaycanın regiondakı strateji rolu və beynəlxalq maliyyə əməkdaşlığının inkişaf perspektivləri diqqət mərkəzində olub. Azərbaycana beynəlxalq kapitalın cəlb edilməsi, rəqəmsal ödənişlərin və maliyyə infrastrukturunun inkişafı, qlobal maliyyə operatorları ilə tərəfdaşlıqların genişləndirilməsi və bu istiqamətlərin biznesin inkişafına yaratdığı imkanlar müzakirə edilib.
Sessiyada beynəlxalq maliyyə əməkdaşlığının investisiya imkanlarının genişləndirilməsi, iqtisadi artımın dəstəklənməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsində rolu vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"













