Aİ Bakı və İrəvan arasındakı sülh prosesinə daha çox cəlb olunmağa can atır
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Xarici İşlər Şurasının Lüksemburqda baş tutacaq iclasında Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma perspektivlərini, eləcə də Cənubi Qafqazın regional məsələlərinin daha geniş dairəsini müzakirə edəcəklər.
BAKU.WS xəbər verir ki, barədə "Report"un Avropa bürosuna Aİ-nin yüksək vəzifəli nümayəndəsi aprelin 21-də keçiriləcək görüşün gündəliyinin həmin hissəsi haqqında danışarkən bildirib.
O qeyd edib ki, gündəliyin bu məsələsinin diqqət mərkəzində Ermənistan-Azərbaycan sülh prosesinin dəstəklənməsi olacaq.
Rəsminin sözlərinə görə, iki ölkə arasındakı razılaşma prioritet istiqamət, onun həyata keçirilməsi isə kritik dərəcədə vacib vəzifə kimi nəzərdən keçirilir. Brüssel etimad tədbirlərinə və razılaşmaların praktiki implementasiyasına kömək etmək üçün mövcud alətləri işə salmaq niyyətindədir.
"Mənə elə gəlir ki, hamı Ermənistan və Azərbaycan arasındakı sülh sazişini mümkün olduğu qədər dəstəkləməyə can atır. O, çox böyük əhəmiyyət kəsb edir və onun həyata keçirilməsi, həqiqətən də, bu işə öz töhfəsini verə biləcək hər kəs üçün mütləq bir vəzifədir", - o bildirib.
Azərbaycanla qarşılıqlı əlaqələrə gəldikdə, Aİ-də dəyişən regional dinamika fonunda praqmatik əməkdaşlıq üçün imkanlar görürlər.
Nazirlərin bu şəraitdə Bakıya qarşı gələcək yanaşmanın necə qurulacağını, o cümlədən gələcəkdə mümkün dialoq formatlarını müzakirə edəcəkləri gözlənilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













