ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Far.Az xəbər saytı

ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib


Aprelin 10-da ABŞ Dövlət Departamentinin rəsmiləri Havanaya səfər ediblər və orada Kuba İnqilabının lideri Raul Kastronun nəvəsi Raul Rodriqes Kastro da daxil olmaqla, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçiriblər.

"Report" xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi adada demokratik və iqtisadi islahatlarda israr edib və ölkə rəhbərliyinin vəziyyət geriyə dönməz şəkildə pisləşməzdən əvvəl Vaşinqtonun köməyi ilə islahatlar həyata keçirmək üçün yalnız dar fürsət pəncərəsinə malik olduğunu bildirib.

Nəşrin məlumatına görə, bunun müqabilində ABŞ nümayəndə heyəti ticarət və iqtisadi embarqosunun qaldırılmasında, eləcə də Kubaya "Starlink" peyk rabitə sisteminə çıxışın təminatında yardım təklif edib.

Dövlət Departamentinin nümayəndə heyətinin üzvləri ABŞ sərhədindən 100 mil (160 km – red.) radiusda Kuba hökumətinin məlumatı ilə fəaliyyət göstərən xarici kəşfiyyat xidmətlərinin, silahlı qrupların və terrorçu qrupların fəaliyyətindən narahatlıqlarını bildiriblər.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubionun Raul Rodriqes Kastro ilə Kubanın gələcəyi ilə bağlı gizli danışıqlar apardığı bildirilib.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər