Azərbaycan iqtisadiyyatına I rübdə xarici investisiya qoyuluşu 19 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycan iqtisadiyyatına I rübdə xarici investisiya qoyuluşu 19 %-ə yaxın artıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 125,8 milyon manat​​​​​ vəsait yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin I rübün göstəricisi ilə müqayisədə 18,5 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 099,3 milyon manatı (97,7 %-i) Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, BƏƏ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar real ifadədə 44,6 % artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,2 % artaraq 2 milyard 523,9 milyon manat təşkil edib.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər