Azərbaycan gübrə idxalına çəkdiyi xərci 29 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan gübrə idxalına çəkdiyi xərci 29 %-ə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 29,447 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.

Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 29,162 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 39,5 % azdır.

I rübdə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,74 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,54 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 %, idxal isə 29,3 % azalıb.

Oxşar xəbərlər

Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb
Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər