Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
Far.Az xəbər saytı

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar


Bir qrup beynəlxalq səyyah Azərbaycanın Cəbrayıl rayonunun Həsənli kəndinə səfər edib və orada azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanış olub.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səfər zamanı qonaqlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti ilə tanış olublar.

Agentliyin nümayəndələri xarici səyyahlara işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərin minalanması nəticəsində yaranan mina təhlükəsinin miqyası, eləcə də digər partlayıcı əşyaların dinc əhalinin həyatı üçün yaratdığı təhlükə barədə məlumat veriblər.

Xüsusi diqqət mina təhlükəsinin keçmiş məcburi köçkünlərin doğma evlərinə təhlükəsiz qayıtmasına və bərpa işlərinin aparılmasına mane olmasına yönəldilib.

Nümayəndə heyətinin iştirakçılarına minaların aşkar edilməsi və zərərsizləşdirilməsi prosesi də nümayiş etdirilib. Qonaqlar ərazilərin partlayıcı əşyalardan təmizlənməsini və onların sonradan nəzarət altında zərərsizləşdirilməsini bilavasitə izləyə biliblər.

Qeyd edək ki, "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.

Oxşar xəbərlər

Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər