Bakıda kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlər başlayıb
Far.Az xəbər saytı

Bakıda kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlər başlayıb


Bu gündən başlayaraq aprelin 24-nə qədər Bakıda Estoniyanın Elektron İdarəetmə Akademiyası (eGA) və "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təşkilatçılığı ilə dövlət qurumları, kritik infrastruktur subyektləri, kibertəhlükəsizlik və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə ixtisaslaşmış təlimlər keçiriləcək.

"Report" xəbər verir ki, təlimlər maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavabvermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanması kimi mühüm mövzuları əhatə edir.

Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarə olunmasına həsr olunan seminar zamanı kiber risklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.

Texniki təlimlər isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzularını əhatə edir.

Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir.

eGA-nın layihə rəhbəri Elsa Neeme isə qeyd edib ki, güclü yerli tərəfdaşlarla əməkdaşlıq bu təşəbbüslərin real ehtiyaclara uyğun həyata keçirilməsini təmin edir və uzunmüddətli perspektivdə dayanıqlığın, əməkdaşlığın və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Təlimlər Avropa İttifaqının "Şərq Tərəfdaşlığı ölkələrində Kiberdavamlılığın Təkmilləşdirilməsi 2.0" təşəbbüsü çərçivəsində maliyyələşdirilir və eGA-nın yerli tərəfdaşlarla əməkdaşlığı ilə təşkil olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər