Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
Far.Az xəbər saytı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb


BMT Baş Assambleyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası" mövzusunda XXXVII yüksək səviyyəli toplantısı işə başlayıb.

"Far.Az" xəbər verir ki, tədbir 23-24 sentyabr tarixlərində Harvard Klubunda keçirilir.

Toplantı qlobal çağırışların dərinləşdiyi, beynəlxalq əməkdaşlığın və çoxtərəfli dialoqun daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə dünya liderlərini, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini, diplomatları və ekspertləri bir araya gətirib.

Tədbirin birinci günündə "Güc siyasətinin qayıdışı və gələcək yol", "Təzyiq altında olan multilateralizm: beynəlxalq əməkdaşlığın yenidən düşünülməsi", "Borc, inkişaf və inkişaf etməkdə olan iqtisadiyyatların gələcəyi", eləcə də "Ambisiyadan yekun investisiya qərarına: COP31 iqlim öhdəliklərini necə investisiya edilə bilən edə bilər" mövzularında panel müzakirələri keçirilir.

Qeyd edək ki, iki gün davam edəcək XXXVII Ali Səviyyəli Toplantıda qlobal sabitliyin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlığın gələcəyi, enerji təhlükəsizliyi, iqlim gündəliyi, süni intellekt və rəqəmsal suverenlik, qlobal idarəetmə, səhiyyə sahəsində kollektiv fəaliyyət və beynəlxalq əməkdaşlığın yeni prinsipləri kimi aktual mövzular müzakirə olunacaq.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər