Prezident: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.
"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı, həmçinin qeyd edib: “Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













