Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatının seçmə mərhələsindəki çıxışı dəyərləndirib
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov komandanın İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindəki çıxışı dəyərləndirib.
Mütəxəssis “Far.Az”a açıqlamasında 1/8 finalda böyük hesabla uduzduqları Portuqaliyanın çox güclü olduğunu deyib.
“Portuqaliya həm dünya, həm də son Avropa çempionudur. Hazırda Avropanın ən güclü komandasıdır. 5:13 hesabı ilə uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirdik. Son iki matçda güclü rəqiblərlə qarşılaşdıq. Portuqaliya ilə aradakı səviyyə fərqi özünü göstərdi. Baxmayaraq ki, yaxşı başlamışdıq, 2:0 irəlidə idik. Rəqibin oyun praktikasının daha çox olması sözünü dedi. Boşluqlar verdik və məğlub olduq. Lakin keçirdiyimiz 4 qarşılaşmadan ən yaxşısı məhz bu idi. Nəticələri normal dəyərləndirirəm, qrupdan çıxdıq. 1/8 finalda Portuqaliya ilə düşməyimiz yaxşı olmadı”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub. Komanda 1/8 finalda Portuqaliya yığmasına 5:13 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













