Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb, 9-na yerində yardım edilib
Far.Az xəbər saytı

Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb, 9-na yerində yardım edilib


Bu gün Bakı metrosunda baş verən hadisə səbəbindən iki qadın - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Oxşar xəbərlər

"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər