Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ
Far.Az xəbər saytı

Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ


Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini Aytən Azadova (soyad şərtidir - red.) ilə həyat yoldaşı arasında narazılıq yarandığından onlar bir evdə ayrı yaşamaq qərarına gəliblər.

Həmin vaxtdan etibarən Aytən Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Təbriz Muradovla (soyad şərtidir - red.) tanış olur və onların arasında sevgi münasibəti yaranır.

Təxminən 6 ildən sonra Aytənlə Təbriz arasında mübahisə başlayır və onlar mütəmadi dava edirlər. Sonuncu mübahisə zamanı Təbriz Aytəni döyür. O, qadının başını çarpayıya vurub, daha sonra isə ona şillə və təpik zərbələri endirib.

Qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib, T.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.

Məhkəmənin qərarı ilə T.Muradova "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunan amnistiya aktı tətbiq edilib və o, cəzadan azad olunub.

Oxşar xəbərlər

Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər