Məhəmməd Muradlı: "Aydın Süleymanlı ilə bir-birimizi üstələməkdə çətinlik çəkirik"
Far.Az xəbər saytı

Məhəmməd Muradlı: "Aydın Süleymanlı ilə bir-birimizi üstələməkdə çətinlik çəkirik"


Azərbaycan şahmatçıları Aydın Süleymanlı və Məhəmməd Muradlı bir-birilərini üstələməkdə çətinlik çəkirlər.

Bunu "Far.Az"a açıqlamasında Məhəmməd Muradlı bildirib.

Polşanın Katovitse şəhərində keçirilmiş şəxsi Avropa çempionatında dördüncü yeri tutan 22 yaşlı qrossmeyster milli komandanın digər üzvü ilə keçirdiyi sonuncu turun görüşü barədə danışıb:

"Aydınla oyunlarımızda hər ikimizin qələbəsi olub. O, kifayət qədər güclü şahmatçıdır. Güclərimiz bir-birinə çox yaxındır. Ona görə də bir-birimizi üstələməkdə əziyyət çəkirik. Hər ikimizin debüt hazırlığı yaxşı səviyyədə idi. Bütün görüş bərabər səviyyədə davam edirdi".

M.Muradlı mükafatçılar sırasına düşə bilməsə də, qitə birinciliyinin onun üçün uğursuz başa çatmadığını söyləyib:

"Dünya Kubokuna vəsiqə qazanmışam. Reytinq əmsalımı 12 vahid artırmışam. Bu, uğurlu nəticədir. Medala təsir edən amillər var. Orada əlavə əmsallar var ki, eyni xalı olan şahmatçılar arasında sıralamanı bəlli edir. Bu isə bəzən lotereya kimi olur. Əmsal yarışda 10 turda oynadığım rəqiblərin nəticələrindən asılıdır. Onlar turnirdə yaxşı oynamasa, mənim əmsalım aşağı düşməyə başlayır. Bu da məndən asılı olmayan məsələdir. Ümumilikdə turniri normal hesab edirəm. Dördüncü turda ağır məğlubiyyət aldım. Ondan sonra toparlana bildim. Düşünürəm ki, turniri yaxşı hesab etmək olar. Dünya Kubokuna vəsiqə qazanmışam. Bu yarış 2027-ci ildə keçiriləcək. İndidən bu barədə danışmaq istəmirəm".

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Nicat Abasov şəxsi Avropa çempionatında gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb. Ukraynalı Roman Deqityarov qızıl mükafata sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan şahmatçıları qalib olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər