Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb
Far.Az xəbər saytı

Azərbaycan Bolqarıstana neft ixracını 65 % artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan Bolqarıstana 130,8 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da ölkənin ümumi neft ixracının 2,57 %-ni təşkil edir.

"Report" Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bolqarıstana ixracın həcmi illik müqayisədə 65,05 % (51,56 min ton) artıb.

Bu dövrdə ixracın dəyəri 67,86 milyon ABŞ dollarına çatıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,71 % (19,63 milyon ABŞ dolları) artım nümayiş etdirib.

Ümumilikdə 2026-cı ilin birinci rübündə Azərbaycan 5,077 milyon ton neft və neft məhsulları ixrac edib. Bu, bir il əvvəlki dövrün göstəricisinə (6,011 milyon ton) nisbətən 15,53 % azdır. İxracın dəyəri 2,5 milyard ABŞ dollarını ötüb. Bu, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 25,05 % (835,94 milyon ABŞ dolları) azdır.

2025-ci ildə Bolqarıstana 92,288 milyon ABŞ dolları dəyərində 165,525 min ton Azərbaycan nefti və neft məhsulları tədarük edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər