Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
Far.Az xəbər saytı

Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb


Bakı metrosunda bu gün baş vermiş hadisə zamanı xətdə ümumilikdə 30 qatar fəaliyyət göstərib, onların yalnız 4-ü tuneldə dayanmalı olub. Sərnişinlərin təxliyəsi isə Metropolitenin müəyyən olunmuş qaydalarına uyğun şəkildə, qısa müddətdə və problemsiz həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı sərnişinlərdən hər hansı narazılıq daxil olmayıb, həmçinin özünü pis hiss edən şəxs barədə müraciət qeydə alınmayıb. Bununla yanaşı, Metropoliten tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Hadisənin səbəbləri yaxın günlərdə tam və ətraflı araşdırılacaq, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bəxtiyar Məmmədov qeyd edib ki, xətlərə elektrik enerjisinin verilməsi saat 14:00 radələrində bərpa olunub. Daha sonra saat 15:00-a qədər qatarların hərəkətinin tənzimlənməsi və texniki yoxlamalar aparılıb, saat 15:30-dan etibarən isə sərnişin qəbulu yenidən başlayıb.

Hazırda Bakı Metropoliteni adi qrafik üzrə fəaliyyət göstərir və bütün stansiyalar sərnişinlər üçün açıqdır. Qurum rəsmisi vurğulayıb ki, hadisə ilə bağlı araşdırma tam şəffaf aparılacaq və oxşar halların təkrarlanmaması üçün artıq ilkin göstərişlər verilib.

O, həmçinin bildirib ki, insident zamanı heç bir yanğın hadisəsi baş verməyib. Qısaqapanma nəticəsində mühafizə sistemləri, o cümlədən tunellərdə quraşdırılmış rele mühafizə mexanizmləri vaxtında işə düşüb və bunun sayəsində əlavə risklər yaranmayıb. Bu səbəbdən yanğın və ya digər ağır nəticələrin baş verməsi mümkün olmayıb.

Şöbə rəhbəri əlavə edib ki, Metropolitenin enerji təminatı elektrik yarımstansiyaları vasitəsilə həyata keçirilir və hazırda enerji axını normal qaydada davam edir. Qəzanın səbəbi tuneldə yerləşən aralıq kabeldə baş verən texniki nasazlıq olub. Bu səbəbdən ehtiyat enerji mənbəyi kimi dizel generatorlardan istifadə mümkün olmayıb. Bununla belə, normativ qaydalara uyğun olaraq sərnişinlərin təxliyəsi tam təhlükəsiz şəkildə yekunlaşıb.

Qeyd olunub ki, elektrik enerjisinin verilməsində ümumi problem yaranarsa, dizel generatorlar dərhal işə düşərək qatarların hərəkətini, işıqlandırmanı və digər infrastruktur elementlərini - ventilyasiya, nasoslar və eskalatorları tam şəkildə təmin edir. Bu günkü hadisə isə məhz tuneldə kabeldə yaranan qısaqapanma ilə bağlı olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər